- A-
- A
- A+
Cəmiyyət
22:04 / 16.07.2017
"Yaxın günlərdə həmin saytları məhkəməyə verəcəyəm..." - XƏBƏRDARLIQ...
Hazırda oxunan: "Yaxın günlərdə həmin saytları məhkəməyə verəcəyəm..." - XƏBƏRDARLIQ...
184773
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün yenə bəzi saytlar mənim adımdan bəzi xoşagəlməz açıqlamalar veriblər. Sabah səhər saat 9-dək həmin saytlara vaxt verirəm. Əgər mənim adımdan yalandan yazılmış fikirləri öz səhifələrindən yığışdırmasalar, mən yaxın günlərdə o saytları məhkəməyə verəcəyəm. Onu da başa düşürəm ki, qarşıdan 22 iyul Milli Mətbuat günümüz gəlir. Fərq etməz. Azərbaycan mətbuatı qeyri-ciddi saytlardan və özünü jurnalistikaya soxmuş şəxslərdən təmizlənməlidir.xa0
Bu gün mənim adımdan məlumat yayan saytların cavabdeh şəxslərinə müraciət edirəm. Əgər Sizin yazmağa mövzunuz və ya sözünüz yoxdursa, gedin özünüzə başqa məşğuliyyət tapın. Hiss edirəm ki, bəziləri mənim ürəyiyumşağlığımdan və humanistliyimdən istifadə edib ağzına və ağlına nə gəlirsə yazıb tirajlıyırlar. Ayıbdır. Sizin kiminləsə şəxsi-qərəzliyiniz və ya intriqanız varsa, çox xahiş edirəm, məni bu çirkin işlərə qatmayın. Mən hər zaman sözümü açıq və çəkinmədən demişəm və yazmışam. Mənim adımdan istifadə edib, özünüzə hansısa oxucu kütləsi, ya rəğbət bəsləyənləri toplamağı düşünürsizsə, çox böyük səhvə yol verirsiz.xa0
Hörmətli həmkarlarım və dostlarım!xa0
Mənim sosial şəbəkələrdə iki səhifəm var və onları bir daha diqqətinizə çatdırıram.
//www.facebook.com/uzeyir.ceferov.7.
//www.facebook.com/uzeyir.ceferov.10”¦
O səhifələrdə mən istənilən mövzuda fikirlərimi yazır və bəzi paylaşmalarımı da edirəm. Ona görə də, heç kim, mənim adımdan istifadə edib özbaşınalıq etməsinlər. Mən heç kimə icazə verməmişəm və vermirəm ki, kimlərləsə intriqalara mənim adımı qatsınlar.xa0
Sonda isə bütün sosial şəbəkələrdə və mətbuatda olan dostlardan, tanışlarımdan xahiş edirəm ki, əgər sizin rastınıza hər hansı məlumat və ya xəbər çıxarsa, mənə xəbər verin. Çünki, yaxın vaxtlarda bir nəfər mətbuat işçilərindən birinin nakişi hərəkəti nəticəsində çox böyük xoşagəlməz hadisə baş verdi. Və çox şükürlər olsun ki, yaxşı insanların sayəsində biz o məsələni araşdırıb hər şeyi aydınlaşdırdıq. İndi görünür kimlərsə yenə aranı qatmaq və mənim özümün və xidmətdə olan doğmalarımın, yaxınlarımın əsəbləri ilə oynamaq istəyirlər. Kimliyindən asılı olmayaraq deyirəm: sözünüz var söz deyin. Mətbuatda olan qeyri-ciddi şəxslərdən isə xahiş edirəm ki, özlərini yığışdırsınlar. Bizim nə o yaşımız deyil, nə də imkan vermərik ki, kimsə adımızla ara qarışdırsınlar.xa0
Tanrı mərdimazarlara lənət etsin!xa0
Allah nahaq şərdən hamımızı qorusun!
Üzeyir Cəfərov, tanınmış hərbi ekspert
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































