30 ilə yaxındır siyasət meydanında olan ADP sədri Sərdar Cəlaloğlu son illər gözlənilmədən müsəlman ibadətinə başlamaqla yanaşı, İslam aləminin tarixini, müasir durumunu və ayrıca Qurani-Kərimi tədqiq edir. İxtisasca həkim olsa da, əsasən fəlsəfi-siyasi araşdırmalar aparan, bir neçə fəlsəfi əsərin müəllifi olan xa0bu alim-siyasətçi iddia edir ki, Quran bu günədək müsəlmanlar, ayrıca İslam alimləri tərəfindən düzgün öyrənilməyib və sadə insanlara doğru anladılmayıb. Sərdar Cəlaloğlu bu istiqamətdə tamamilə yeni, original elmi-ilahi konsepsiya, metodologiya yaratdığını söyləyir...
Yaşadığımız bu Müqəddəs Ramazan günlərində Moderator.az əməkdaşının Sərdar bəylə “Quran və müsəlmanlar”x9d,”x9dQuran ayələrinin zahiri və batini izahı”x9d, xa0“İslam aləmi və Qərb dünyası”x9d və s. mövzularda silsilə mükalimə-müsahibələrini dəyərli oxucuların mühakiməsinə buraxırıq:xa0
(Öncəki müsahibələri xa0bu linklərdən oxuya bilərsiniz: (//www.moderator.az/news/180707.html, moderator.az/news/180558.html və //www.moderator.az/news/180793.html )
-Sərdar bəy, ötən söhbətlərimizdə bildirmişdiniz ki, dünyanın heç bir yerində müsəlmanlar namazı doğru qılmırlar. Bəs düzgün namaz necə qılınmaldır? Həm də Qurani-Kərimdə namazın qılınma qaydaları barədə konkret bir cümlə yoxdur. Siz isə iddia edirsiz ki, Allah kitabında namazın bütün şəkilləri göstərilib. Bunu necə isbat edərsiniz?xa0
-Əvvəla, namazların müxtəlif cür qılınması da məzhəb və təriqətlərdən qaynaqlanır. Qurani-Kərim də xa0deyilir ki, ihdinəs siratəl-müstəqim, yəni bizi doru yola yönəlt. Sual olunur: əgər sən doğru yoldasansa, niyə xa0başçılıq etdiyin təriqətə ad qoyursan, niyə siratəl-müstəqim demirsən. Bəs niyə xa0iki müxtəlif məzhəb var? Bu təriqətlər dinin mövcud olmasını göstərir. xa0Ona görə də sünniliklə şiəlik biri-biri ilə ziddiyyət təşkil edir. Əksliklər qanununa görə. Biz bunların fərqli cəhətlərini silməklə ikisini birlikdə qəbul etsək, əsl İslama gəlmiş olarıq. Əks halda xa0bu İslam olmayacaq. Çünki əksliklərin vəhdəti İslamdır, sünnilik və şiəlik xa0heç biri ayrı-ayrılıqda İslam deyil. xa0Natrium və xlor ayrılıqda zəhərdir, xa0amma birləşəndə insan üçün faydalı bir məhsulu- natrium-xloridi- duzu əmələ gətirirlər. İndi natriumu sünnilik götürük, xloru şiəlik- ikisi birləşəndə olur faydalı, amma ayrılıqda xa0zəhər olur. Bu minvalla təcrübədəki İslam İslam deyil. xa0Yəni dinin məzhəb və təriqət şəklində olması din deyil. Onların vəhdət təşkil etməsi üçün xa0isə fərqlilikləri silinməldir.xa0
Bunun üçün hər iki məzhəbin namazlarını müqayisə edək. Şiələrin namazında möhür qoymaq yanlışdır. Sünnilərdə isə əllərin ön hissədə bağlanması yanlışdır. Onda ortaq nə olur? Möhür qoymadan əlləri açıq şəkildə önünə salırsan, iqamə vəziyyətində durursan - bu düzgündür. Dəstəmaza keçək. Sünnilərdə ayağın bütövlükdə yuyulması yanlışdır. Şiələrdə də ayətullahların dediyi dəstəmaz yanlışdır... xa0xa0
”“ Məsələn, hansı cəhəti?
- Hərəsi bir cür deyir. Məsələn, corabın üstündən məsh etmək. Ayağı yumamalısan, açıq şəkildə məsh etməlisən. xa0 xa0Heç biz qüslün də nə olduğunu bilmirik. Əslində qüsl insanın yaradılışını elmi cəhətdən izah edir. Namaz isə mövcud olmanı bildirir. İndi mən dediklərimi tətbiq et Qurana, bax gör, Quranda həqiqətən namazın şəkli nədir. Allah-təala buyurur ki, yəhidilər dedilər ki, Allahın əli bağlıdır, halbuki onların öz əlləri bağlıdır. Deməli, sən namazda əlibağlı dayanırsansa, Allahın yəhudilərə etdiyi lənətin hədəfi olursan. İkincisi, Yaradan buyurur ki, sən zəkat verərkən nə əlini qoltuğuna qoy, xa0nə də yanına sal, mütəvazi vəziyyətdə ol. xa0Yəni nə çox xəsislik et, nə də israf et. Bu nə deməkdir? İqamə vəziyyətində əllərimizi düz xa0ön hissədə dizlərimizdən yuxarıya xa0qoyuruq. Bu nə deməkdir? Bu zəkat vermənin bədən vəziyyətidir. Tutaq ki, mən lalam. Məndən soruşsalar ki, normal zəkat vermənin vəziyyəti nə cürdür. Mən iqamə halında dayanacam. Namazın başlanğıcında, iqamə vəziyyətində duranda insanın bədəni nəyi xatırladır? Qurandakı əlif hərfini. xa0Əlif isə Allah, Adəm sözlərinin başlanğıcıdır. Deməli, Quran öz hərflərinin şəkilləri ilə düzgün namazı bizə anladır. Əlləri bağlamayacaqsan, möhür qoymayacaqsan...

-Bəs namazda möhürün səhv olmasını necə əsaslandırırsınız?
-Şiələr, ümumiyyətlə, səcdənin nə demək olduğunu bilmirlər. Məsələn, ayətullah Xorasani deyir ki, səcdə edənləri alnındakı izlərindən tanımaq olar. Və sual edir ki, biz namazda möhür qoymasaq, alnımıza necə iz düşə bilər. Amma Quranda Allah deyir ki, səcdə edənlər alnındakı izdən tanınır, bu, Tövratdakı vəsf və İncildəki buğda hadisəsində ediləndir. Get Tövratda vəsfə bax və gəl İncildəki İsa peyğəmbərin buğda hadisəsinə bax, onda biləcəksən ki, bu iz nə deməkdir. Tövratda yazır ki, Musa peyğəmbər Tur dağına qalxdı, geri dönəndə yəhudilər onu görüb dəhşətə gəldirlər. Çünki Musanın alnından çox güclü bir işıq parlamağa başladı. Yəhudilər o qədər qorxdular ki, Musa peyğəmbər üzünə bir odeyal örtməyə məcbur oldu və ölənədək həmin örtüyü başından açmadı. Yalnız Allahla danışmağa gedəndə odeyalı tam açırdı. Bir də Allahdan gəlmiş vəhyi insanlara çatdıranda başındakı örtüyü azacıq aralayırdı. Yəhudi ravvinlərinin bəzi rituallar zamanı başlarına bu cür örtük örtməsi də Musadan qalıb. Deməli, buradan belə çıxır ki, o səcdədən qalan iz deyildikdə Allahın insan simasına, alnına verdiyi nur nəzərdə tutulur. İsa peyğəmbər deyir ki, çırağı yandırıb hara qoyurlar ”“ çıraqdana. Çırağın plitəsini uzadanda, yəni “xod”x9d verəndə daha yaxşı işıq verir. İsa deyir ki, insan ruhu Allahın insan bədəninə qoyduğu çıraqdır. xa0Sən ibadət edəndə sanki “xod”x9d verirsən ruhuna. “Xod”x9d verəndə də sənin siman başlayır işıqlanmağa. Belə çıxır ki, bir adam namazını bitirib səcdədən qalxandan sonra sifətinin nurlandığını görsən, deməli, onun ibadəti qəbul edilib, o, Allahla ünsiyyət yarada bilib. Ancaq namazdan dərhal sonra adamın simasında bir nur yaranmayıbsa, bil ki, onun ibadəti qəbul olunmayıb. Bax, səcdə izi əslində bu deməkdir. Yoxsa, sən möhür qoy, filan elə ki, alnımda iz qalacaq bu, yanlışdır...
-Bəziləri digər arqumentlərlə yanaşı, möhürün diqqətin konsentrasiyasına kömək etdiyini də bildirirlər...xa0
-Biz bəzilərinin fikrini əsas götürə bilmərik. Sən Qurana istinad etməlisən. Allah-Təala deyir ki, diqqətinizi və üzünüzü mənə çevirin. Sən əgər möhürə diqqət edirsənsə, deməli Allaha diqqət yetirmirsən. Sənin üçün Allah möhürdür? Quranda deyir ki, namazda üzünüzü və diqqətinizi Allaha doğru çevirin. Yaxşı, üzümü qibləyə doğru çevirdim, bəs diqqətmi necə çevirim? Mən əgər hər hansı bir əşyaya, məsələn möhürə baxıramsa, deməli, mənim diqqətim möhürdədir...

-Söhbət diqqəti konsentrə etməkdən gedir. Yəni möhürü sən bir nöqtə də hesab edə bilərsən və onun vasitəsi ilə fikrini Allahda cəmləyə bilərsən. xa0İkincisi də, möhür olmasa da, namaz qıldığın canəmazın üzərində hər hansı bir fiqur, yaxud hansısa bir rəng ola bilər...
-Sən əgər xaricdə heç bir şeyə diqqət etməsən, deməli diqqətin haradır? Allahadır. Bu o deməkdir ki, sən namaza duranda təxminən 5 dəqiqə qarşında duran heç bir şeyi görməməlisən...xa0
-Namazda gözü yummağa necə baxırsız?
-Gözü yummaq da olmaz. Çünki onda da yanlış görüntülər görə bilərsən. Diqqət gözün görməsi ilə bağlı deyil. Mən gözümü yumub xəyalıma nəsə gətirməklə də diqqətimi onda cəmləyə bilərəm. Diqqət - gözün ruhudur. Bu yaxınlarda Malayziyadan olan br kor uşaq Quranı necə gözəl oxudu. Deməli, gözün namazda diqqətli olmağa heç bir aidiyyatı yoxdur. Diqqət şüurun, idrakın təzahürüdür. Diqqət daxili baxmadır...xa0
-Bəs siz namazda diqqəti necə cəmləməyi təklif edirsiz?
-Bunun üşün aşağı baxmalyıq. Nəyə görə? Çünki Allah deyir ki, mən hər yerdəyəm. Bu halda deməli, hansı tərəfə baxsaq, Allah oradadır. Ancaq Şeytan Allaha deyir ki, icazə ver, gedim insanları doğru yoldan çıxardım. Yaradan da deyir ki, get. Şeytan da deyir ki, mən insanlara sağdan, soldan, öndən və arxadan yaxınlaşıb onları yoldan çıxarmağa çalışacağam. Ancaq yuxarı və aşağının adı çəkilmir. Deməli, Allah hər tərəfimizdədir. Şeytan isə yalnız 4 tərəfdə. Əgər sən sağa sola, irəli, arxaya baxsan, Allahı düzgün görə bilməzsən, çünki Şeytan səni xa0çaşdıracaq. Ancaq namazda aşağı baxsan, diqqətini Allahda cəmləyə bilərsən. Dua edərkən isə adətən yuxarı baxırıq. Çünki şeytan yuxarıdan yaxınlaşa bilmir....
-Bəs İslamda bu cür ziddiyyətlərə son qoymağın yolunu nədə görürsüz?
-Öncə dediyim kimi, bütün təriqət və məzhəblər kənara qoyulmalı, sünnilik və şiəliyin fərqli cəhətləri silinməli və onları birləşdirən ortaq bir İslam qəbul olunmalıdır. Əgər Qərb dünyası, xrustianlar və yəhudilər də gerçəkdən yer üzündə əmin-amanlıq olmasını istəyirlərsə, onlar da İslamı müxtəlif təriqət və cərəyanlara bölməkdən çəkinməlidirlər...
Sultan Laçınxa0































































































