Aydın Əliyev: ““Sınıq Körpü”x9d təkmilləşdiriləcək”x9d

Aydın Əliyev: ““Sınıq Körpü”x9d təkmilləşdiriləcək”x9d

Hazırda oxunan: Aydın Əliyev: ““Sınıq Körpü”x9d təkmilləşdiriləcək”x9d

181175
“Gürcüstan və Azərbaycan Avropa İttifaqının dəstəyi ilə “Sınıq Körpü”x9d gömrük keçid məntəqəsinin təkmilləşdirilməsi üzərində işləyir”x9d.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev “Sputnik Georgia”x9d agentliyinə müsahibəsində bildirib.

A.Əliyev qeyd edib ki, Avropa İttifaqı Gürcüstan ərazisində fitosanitar, baytarlıq və digər nəzarət tədbirləri üçün nəzərdə tutulmuş laboratoriyanın yaradılmasına dəstək verəcək.

DGK sədri əlavə edib ki, Azərbaycan ərazisində isə iri logistika mərkəzinin yaradılması planlaşdırılır: “Bu tədbirlər də Avropa İttifaqının dəstəyi, lakin Azərbaycan tərəfinin maliyyə imkanları nəzərə alınmaqla həyata keçiriləcək”x9d.

Qurum rəhbərinin sözlərinə görə, layihənin icrasına cari ilin mart ayından etibarən başlanılıb və ilin sonunda başa çatdırılacaq.

Azərbaycan tərəfi layihəyə 1,3 mln. dollar yatıracaq.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO