Populyar “WhatsApp”x9d messencerində bir sıra faydalı yenilənmələrin olduğu məlum olub. Artıq iOS əməliyyat sisteminin istifadəçiləri öz media fayllarına fitrlər əlavə etmək imkanı əldə edəcəklər.xa0
Moderator.az lent.az-a istinadən xəbər verir ki, artıq şəkil, videoçarx və ya gif göndərərkən istifadəçi barmağı ilə fayl üzərindən yuxarı çəkməklə, 5 filtrdən birini seçə biləcək. Bu filtrlərin arasında “açıq”x9d, “ağ-qara”x9d, “soyuq”x9d, “xrom”x9d və “plyonka”x9d filtrləri mövcuddur.
“iPhone”x9d sahibləri şəkilləri tam albom şəklində göndərə biləcəklər. Bir dəfəyə beş və daha çox şəkil göndərildiyi halda, şəkillər alıcıda avtomatik olaraq qruplaşacaq.xa0
Bundan başqa, tərtibatçılar məlumatlara cavab vermək sistemini daha da sadələşdiriblər. Daxil olan məlumata cavab göndərmək üçün istənilən göndərilən məlumata sağdan yuxarı barmağı aparmaq kifayətdir.

































































































