Son günlər baş verən ağır qəzalarla bağlı sürücülərə MÜRACİƏT – VİDEO

Son günlər baş verən ağır qəzalarla bağlı sürücülərə MÜRACİƏT – VİDEO

Hazırda oxunan: Son günlər baş verən ağır qəzalarla bağlı sürücülərə MÜRACİƏT – VİDEO
635816
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Son günlər yol-nəqliyyat hadisələrinin, xüsusilə ağır nəticələrlə müşayiət olunan qəzaların artması yol hərəkəti təhlükəsizliyinə daha ciddi və məsuliyyətli yanaşmağı zəruri edir. Hər bir ağır qəzanın arxasında insan həyatı, doğmalarını itirən ailələr və bəzən bir anlıq yanlış qərarın illərlə davam edən ağır nəticələri dayanır”.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin Bölmə rəisi Elvin Hacıyev sürüclərə müraciətində bildirib.

O qeyd edib ki, sürət həddinin aşılması, təhlükəli ötmə və manevrlər, ara məsafəsinin düzgün saxlanılmaması, eləcə də sükan arxasında diqqətin yayındırılması yol-nəqliyyat hadisələrinin baş vermə riskini əhəmiyyətli dərəcədə artırır:

“Yolda verilən yanlış qərar və ya bir neçə saniyəlik diqqətsizlik geri dönüşü olmayan faciəyə səbəb ola bilər. Yol hərəkətində təhlükəsizlik hər bir sürücünün məsuliyyətli davranışından başlayır. Mənzil başına tez çatmaq naminə edilən risk, tələskənlik və ya bir anlıq ehtiyatsızlıq həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına ata bilər.

Bir daha bütün sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, sükan arxasında diqqətli, səbirli və məsuliyyətli olmağa çağırırıq. Bir anlıq tələskənlik və ya ehtiyatsızlıq ömür boyu davam edən peşmanlığa çevrilməsin. Hər səfərin sonunda sizi gözləyən doğmalarınızın olduğunu unutmayın”, - deyə müraciətdə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO