Ötən ay yol qəzalarının sayı AZALIB  

Ötən ay yol qəzalarının sayı AZALIB  

Hazırda oxunan: Ötən ay yol qəzalarının sayı AZALIB  

180649

Bu ilin fevral ayında ölüm və xəsarətlə nəticələn yol nəqliyyat hadisələrinin sayı 98 fakt, qəza nəticəsində ölənlərin sayı 56 nəfər, xəsarət alanların sayı isə 81 nəfər olub. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinə dair aylıq hesabatında bildirilib. 

Qeyd olunub ki, ötən ilin eyni ayı ilə müqayisədə qəzaların sayı 27 fakt (22 faiz), ölənlərin sayı 12 nəfər (18 faiz), xəsarət alanların sayı isə 81 nəfər (24 faiz) azalıb: 

"Respublika üzrə yol nəqliyyat hadisələrinin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına yönəlmiş ptofilaktik tədbirlər, yol hərəkəti iştirakçıları arasında qaydalara ciddi riayət edənlərin say artımı qəzaların sayına müsbət təsirini göstərib". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO