“Məmurlar da dəyişməlidir, bizə yaraşmır” - Naqif Həmzəyev 

“Məmurlar da dəyişməlidir, bizə yaraşmır” - Naqif Həmzəyev 

Hazırda oxunan: “Məmurlar da dəyişməlidir, bizə yaraşmır” - Naqif Həmzəyev 
180426
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Vətəndaşların mülkiyyət hüququ bəzi məmurlar tərəfindən pozulur. Məsələn, keçmiş icra başçısının sərəncamı əsasında torpaqlar verilib, yeni başçı və yaxud məmur baxır ki, bu torpaq istifadəsizdir, ya onun sahibi xaricdə olduğu üçün istifadə etmir. Görürlər ki, sahibi yoxdur, sərəncam dəyişdirilir və başqa şəxsə satılır. Problem ortaya çıxanda isə təkrarən həmin şəxsə satılır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində bildirib.

Deputat vurğulayıb ki, qalib Azərbaycanın məmurları da dəyişməlidir: “Vətəndaşların hüquqları bu məsələdə pozulmalı deyil. Bu, istər-istəməz vətəndaşları bizə qarşı soyudur. Bu məsələləri lazımi dairələrə çatdırmaq lazımdır ki, məmurlar qorxub çəkinsinlər. 7-8-i həbs olundu, təəssüflər olsun ki, bəs etmir, bu yolu davam etdirirlər. Bu bizə yaraşmır, dəyişməliyik”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO