Bu gün müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı, general-leytenant Hikmət Mirzəyevin 56 yaşı tamam olur.
Bizim.Media xəbər verir ki, Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvarda anadan olub.
O, Birinci və İkinci Qarabağ müharibələrində iştirak edib.
1992-ci ildə Xocalıda Fərrux yüksəkliyini azad etmək üçün aparılmış hücum əməliyyatında kapitan kimi döyüşüb. 33 yaşı olarkən ümummili lider Heydər Əliyev tərəfindən general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 2018-ci ldə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi parada məhz general Mirzəyev başçılıq edib.
Aprel döyüşlərinin və Vətən müharibəsindəki döyüş əməliyyatlarının əsas hərbi rəhbərlərindən olan Mirzəyev Cəbrayıl və Şuşanın işğaldan azad edilməsinə komandanlıq edib.
II Qarabağ müharibəsinin gedişində Prezident İlham Əliyev ona general-leytenant rütbəsi verib. Hikmət Mirzəyev “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:26 / 29.02.2024
Şuşa fatehi 56 yaşında
Hazırda oxunan: Şuşa fatehi 56 yaşında
Hazırda oxunan: Şuşa fatehi 56 yaşında
180387
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.