Qarabağa xarici turistlər necə səfər edəcək? – Qaydalar AÇIQLANDI 

Qarabağa xarici turistlər necə səfər edəcək? – Qaydalar AÇIQLANDI 

Hazırda oxunan: Qarabağa xarici turistlər necə səfər edəcək? – Qaydalar AÇIQLANDI 

170388

Bakı-Şuşa istiqamətinə qrup şəklində turist turları, eləcə də “Yolumuz Qarabağa” portalı üzərindən təşkil edilən avtobus reysləri əvvəlki qaydada davam etdiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, turist turlarında bundan sonra xarici vətəndaşların da iştirakına şərait yaradılır və turlarda iştirak üçün yerli və xarici turistlər istənilən turizm şirkətinə müraciət edə bilərlər.
Suqovuşan istiqamətinə qrup səfərləri Dövlət Turizm Reyestrində (data.tourism.gov.az) turoperator və turoperator-turagent kimi təsnif edilmiş turizm şirkətləri tərəfindən təşkil ediləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO