Xankəndidəki tarixi görüşü Prezidentlə birgə izləyən şəhid övladlarının TƏƏSSÜRATLARI – ÖZƏL/FOTO 

Xankəndidəki tarixi görüşü Prezidentlə birgə izləyən şəhid övladlarının TƏƏSSÜRATLARI – ÖZƏL/FOTO 

Hazırda oxunan: Xankəndidəki tarixi görüşü Prezidentlə birgə izləyən şəhid övladlarının TƏƏSSÜRATLARI – ÖZƏL/FOTO 
170207
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Mən və 2 uşağım Xankəndi səfərindən çox böyük təəssüratla qayıtmışıq. Bu səfərdə mən bir daha başa düşdüm ki, Cənab Prezident həqiqətən bizlərin, şəhid ailələrinin yanındadır. O, bizlərə dayaqdır. Mən bu səfərdə bir daha anladım ki, erməninin başını əzən igid oğulların ailələri etibarlı əllərdədir. Dövlətimiz, Prezidentimiz həmişə onlarladır".

Bu sözləri bu ilin sentyabr ayında baş verən son antiterror tədbirlərində şəhid olan gizir Tural Ağcabəyovun Xaçmazın Manafoba kəndində yaşayan həyat yoldaşı, ötən gün Xankəndidə keçirilən tarixi matçda 2 övladı ilə birgə iştirak edən Turanə Ağcabəyova Bizim.Media-nın yerli bürosuna açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin Xankəndidə uşaqlarla səmimi DİALOQU - GÜNÜN VİDEOSU


Onun sözlərinə görə, Prezident futbol matçında şəhid uşaqları ilə vaxt keçirib. Onlarla səmimi dialoq quran Prezident hər bir şəhid uşağına diqqət ayırıb: 

“Şəhid Turalın yadigarları - qızımız Leyla və oğlumuz Anar dövlət başçımızı yaxından gördülər, fotolar çəkdirdilər. Bu gün uşaqlarımızın yaddaşında silinməz iz qoyacaq”.

Xankəndidəki görüşdə son antiterror tədbirlərində şəhid olmuş xaçmazlı polkovnik-leytenant Vüsal Rüstəmovun da 3 övladı iştirak edib. Bütün uşaqlar kimi, Vüsal Rüstəmovun övladları da səfərdən xoş təəssüratla qayıdıblar.

Xankəndidəki tarixi görüşü Prezidentlə birgə izləyən şəhid övladlarının TƏƏSSÜRATLARI – ÖZƏL/FOTO  - foto 1
Xankəndidəki tarixi görüşü Prezidentlə birgə izləyən şəhid övladlarının TƏƏSSÜRATLARI – ÖZƏL/FOTO  - foto 2
Xankəndidəki tarixi görüşü Prezidentlə birgə izləyən şəhid övladlarının TƏƏSSÜRATLARI – ÖZƏL/FOTO  - foto 3
Xankəndidəki tarixi görüşü Prezidentlə birgə izləyən şəhid övladlarının TƏƏSSÜRATLARI – ÖZƏL/FOTO  - foto 4

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Xankəndidəki tarixi görüşü Prezidentlə birgə izləyən şəhid övladlarının TƏƏSSÜRATLARI – ÖZƏL/FOTO  - foto 5

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO