Xaçmazda qəhətə çəkilən İŞIQ – Rayon sakinlərini narahat edən problem nə vaxt HƏLL OLUNACAQ? 

Xaçmazda qəhətə çəkilən İŞIQ – Rayon sakinlərini narahat edən problem nə vaxt HƏLL OLUNACAQ? 

Hazırda oxunan: Xaçmazda qəhətə çəkilən İŞIQ – Rayon sakinlərini narahat edən problem nə vaxt HƏLL OLUNACAQ? 

168240

Şimal bölgəsində elektrik enerjisi sarıdan ən bərbad vəziyyət Xaçmaz rayonundadır. Son günlər rayon mərkəzində və yaşayış məntəqələrində işıqların tez-tez, vaxtlı-vaxtsız sönməsi abonentlərin haqlı narazılığına səbəb olub. 

Bizim.Media-ya bu barədə şikayətlənən rayon sakinlərinin sözlərinə görə  Xaçmazda işıqların tez-tez yanıb sönməsi insanların əsəblərini tarıma çəkib:

“Vaxtaşırı rayonda işıqlar keçir. İşıqların sönüb-yanması əsəblərimizi oynadır. “Azərişıq” rəhbərliyinin Xaçmazın işıq problemini ciddi nəzarətə almaları çox vacibdir, - deyə sakinlər qeyd edib.  
Araşdırmamız zamanı o da məlum oldu ki, Xaçmazda belə hallar adətən küləkli və yağıntılı havada müşahidə edilir. Rayondakı elektrik şəbəkələrinin rəsmiləri də bunu havanın dəyişməsi, xəttlərin və dayaqların köhnə olması ilə əlaqələndirirlər. 

Nəzərə alaq ki, işıqlar sönəndə evlərə və müəssisələrə su, istilik sistemi, internet verilişi də avtomatik dayanır.

Düzdür, "Azərişıq" ASC-nin son illər Xaçmaz rayonunda gördüyü yenidənqurma və bərpa işlərini inkar etmək olmaz.

Amma yenə sual yaranır: Bəs işıqlar niyə sönür? Yanıb-sönmələr nə ilə əlaqədardır?

Məsələ ilə bağlı "Azərişıq" ASC ilə əlaqə yaratsaq da, sorğumuz hələki cavablandırılmayıb. 

Mövzunu diqqətdə saxlayacağıq... 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO