Azərbaycandan Rusiyaya aparılan 21 ton fındıq geri qaytarılıb

Azərbaycandan Rusiyaya aparılan 21 ton fındıq geri qaytarılıb

Hazırda oxunan: Azərbaycandan Rusiyaya aparılan 21 ton fındıq geri qaytarılıb

167692
Azərbaycandan Rusiyanın Dağıstan Respublikasına aparılan 21 ton fındıq karantin obyektinin mövcudluğu səbəbindən sərhəddə saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin Dağıstan üzrə İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Yük “Yaraq-Qazmalar”x9d nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Karantin fitosanitar nəzarəti nəticəsində fındıq ləpəsinin Rusiya ərazisinə buraxılması qadağan edilib.

Ekspertlərin rəyinə görə, fındıq ləpəsində karantin obyekti olan küsküotu aşkar olunub. Yük sahibi inzibati məsuliyyətə cəlb edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO