Bu gün Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Qara Qarayevin doğum günüdür.
Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda dünyaya gəlib. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Onun hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilib, mədəni həyatımızda bir dönüş yaradıb.
Dünya şöhrətli bəstəkarın əsərləri əksər MDB ölkələrində, ABŞ-da, Polşada, Misirdə, İspaniyada, İtaliyada, Fransada, Yaponiyada, Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə oynanılıb.
Onun Nizaminin “Yeddi gözəl”x9d poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl”x9d və Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı “İldırımlı yollarla”x9d baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Bəstəkarın Birinci Simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur. “Don Kixot”x9d simfonik qravürləri, “Leyli və Məcnun”x9d (Nizaminin poeması əsasında), “Vyetnam süitası”x9d əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, çoxsaylı filmlərə, o cümlədən “Dənizi fəth edənlər”x9d, “Qızıl eşelon”x9d, “Xəzər neftçiləri haqqında povest”x9d, “Uzaq sahillərdə”x9d və digər filmlərə musiqi bəstələyib.
Qara Qarayev opera janrında da özünü sınayıb. O, “Vətən”x9d operasının (Cövdət Hacıyev ilə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik”x9d monooperasının müəllifidir. Bəstəkar, həmçinin Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına müraciət edərək fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak”x9d komediyası əsasında “Çılğın qaskoniyalı”x9d müziklini yaradıb.
Qara Qarayev kamera instrumental janrları ilə də maraqlanıb. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Q.Qarayev A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim”x9d və “Gürcüstan təpələrində”x9d romansları, “Könül mahnısı”x9d, “Səadət mahnısı”x9d kantataları Azərbaycan musiqisinin gözəl nümunələridir.
Qara Qarayev 1982”“ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişib, Bakıda Fəxri xiyabanda dəfn olunub.





































































































