Nazirlik Röyanın keçmiş ərinin borclarını sildi

Nazirlik Röyanın keçmiş ərinin borclarını sildi

Hazırda oxunan: Nazirlik Röyanın keçmiş ərinin borclarını sildi

165406
Vergilər Nazirliyi “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında”x9d Qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.

Vergi amnistiyasından yararlanan hüquqi şəxslərin siyahısında "Çudo Peçka" MMC-nin də adı yer alıb. MMC-nin 815,9 manat borcu silinib.

Bundan başqa Əmlak Məsələləri Dövlət Komitəsinin də 14.145.408,7 manat borcu silinməklə amnistiya tətbiq edilib. Həmçinin, Bakı Şəhəri Mənzil Komunal Təsərrüfatı Departamentinin 397.746,3 manat, Daxili İşlər Nazirliyi Nəzdində Baş Mühafizə İdarəsinin həyat əhəmiyyətli obyektlərini mühafizə edən polis alayının 44.398,7 manat, "AKKORD GENERAL CONSTRUCTION"MMC-nin 2.726,7 manat borcuna amnistiya tətbiq edilib.

Xatırladaq ki, “Çudo Peçka”x9dnın sahibi Çingiz Çəlilovdur. Onun oğlu Anar Cəlilov məşhur müğənni Röya Ayxanın keçmiş həyat yoldaşıdır.(Modern.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO