"Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı" təsdiq ediləcək – RƏSMİ  

Hazırda oxunan: "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı" təsdiq ediləcək – RƏSMİ  

161641

Nazirlər Kabineti yaxın vaxtlarda "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı"nı təsdiq edəcək. 

Bizim.Media “azərtac”a istinadən xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov bildirib. 

"Bildiyiniz kimi, bu ilin iyul ayında Nazirlər Kabineti "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nı təsdiqləyib. Həmin qərara görə, səlahiyyətli orqanın təklifləri əsasında "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı" da təsdiq olunmalıdır. Bununla bağlı tapşırıq verilib ki, sorğular 30 gün müddətində cavablandırılsın.  
Həmin müddət 90 günə çatıb, amma kritik informasiya infrastruku obyektlərinin sahibləri lazımi məlumatları göndərməkdə çətinlik çəkir. Bu, ilk təcrübədir və normal bir haldır. Artıq hökumətə təqdim etdiyimiz əsaslandırımış sənədlər var və onlar nəzərə alınır. Hər il bu obyektlərin siyahısında dəyişiklik edilməsi nəzərdə tutulur”, - deyə D.Rüstəmov qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO