Bakıda yaşayış binasında yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB 

Bakıda yaşayış binasında yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB 

Hazırda oxunan: Bakıda yaşayış binasında yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB 

161455

Bakıda yaşayış binasında yanğın söndürülüb. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində baş verən yanğın söndürülüb. 

*** 14:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib. 

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. 

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO