Mehriban Əliyeva və qızları Moskvada sərgidə   - Fotolar

Mehriban Əliyeva və qızları Moskvada sərgidə - Fotolar

Hazırda oxunan: Mehriban Əliyeva və qızları Moskvada sərgidə - Fotolar

158670
Moskvada, Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları”x9d adlı sərginin açılışı olub.

Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

“Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları”x9d sərgisi Heydər Əliyev Fondunun, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və “Mərcani”x9d Fondunun dəstəyi ilə baş tutub. Bu sərgi həm də Tretyakov Qalereyasında, Azərbaycan Milli İncəsənət Muzeyində, şəxsi kolleksiyalarda saxlanılan əsərləri bir ekspozisiyada birləşdirir. Sərgidə ümumilikdə 12 Azərbaycan rəssamının, o cümlədən Cavad Mircavadov, Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Rasim Babayev, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahovun, heykəltəraş Fazil Nəcəfovun 60-dan çox əsəri nümayiş olunur.

Sərginin açılışında çıxış edən Rusiya Dövlət Tretyakov Qalereyasının baş direktoru Zemfira Trequlova təqdim olunan əsərlərdən danışdı. Bildirildi ki, bu əsərlərin hər biri Abşeronun gözəlliyini, Odlar Yurdunun füsunkarlığını nümayiş etdirir.xa0

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib.

Sonra sərgi ilə tanışlıq olub. Sərgi ölkəmizin rəssamlıq məktəbinin orijinallığı ilə bərabər, həm də Azərbaycan və Rusiya mədəni əlaqələrinin sürətli inkişafının təzahürüdür.

Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO