Birinci Qarabağ müharibəsində (1992-ci ildə) 23 nəfər Xocalı sakinini xilas etmək naminə düşmənə təslim olan Natiq Qasımovun yeni fotoları üzə çıxıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, həmin fotoların müəllifi müharibə zamanı Qarabağda olan italyan fotoqraf və jurnalist Enriko Sarsinidir.
Bu görüntülər "Oğul" sənədli filmi sayəsində aşkarlanıb.
Qeyd edək ki, “Oğul” sənədli filmini Böyük Britaniyanın “Broken Pot Media” şirkəti çəkib. Filmin rejissoru və ssenari müəllifi Karan Sinqh üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə söhbət edib.
Filmdə fotoqrafın müsahibəsi də yer alır.
Sözügedən fotoları təqdim edirik:
Fotoları rənglədi: Rəsul Həsən
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:13 / 04.10.2023
Natiq Qasımovun foto-hekayəsi...
Hazırda oxunan: Natiq Qasımovun foto-hekayəsi...
Hazırda oxunan: Natiq Qasımovun foto-hekayəsi...
158253
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.