Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun altıncı iclası olub 

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun altıncı iclası olub 

Hazırda oxunan: Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun altıncı iclası olub 
155037
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 11-13 tarixində Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) altıncı iclası keçirilib. 

Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib. 

Məlumata görə, danışıqlarda Azərbaycan Respublikasının (rəhbəri - S.A. Şərifov), İran İslam Respublikasının (rəhbəri - A.Cahangiri), Qazaxıstan Respublikasının (rəhbəri - Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbəri - M.İ.Petrakov) və Türkmənistanın (rəhbəri - M.G.Atacanov) nümayəndə heyətləri iştirak edib. 

İclasa Türkmənistanın nümayəndə heyətinin rəhbəri M.G.Atacanov sədrlik edib. 

Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsinin metodikası üzrə Saziş layihəsinin müddəalarını müzakirə edib, habelə layihənin bir sıra müddəalarını razılaşdırıb. Sözügedən sənədin müzakirəsi YSİQ-in növbəti iclasında davam etdiriləcək. 
İclas zamanı həmçinin Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünə hazırlıq məsələləri müzakirə edilib. 

Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndirib və görüşün yüksək səviyyədə təşkil edilməsinə görə Türkmənistana minnətdarlıqlarını bildiriblər. 

Növbəti YSİQ iclası Azərbaycan Respublikasında baş tutacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO