Geomaqnit qasırğası OLACAQ 

Geomaqnit qasırğası OLACAQ 

Hazırda oxunan: Geomaqnit qasırğası OLACAQ 

154632

Kosmik hava durumuna görə, Günəşdə fəallıq orta səviyyədə olub. 

Bu barədə Bizim.Media-ya Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. 

Qeyd edilib ki, geomaqnit sahəsi 5 sentyabrda Günəşdə Yerdən əks istiqamətdə baş vermiş TKA-sı nəticəsində şok dalğasının təsiri ilə G1 səviyyəsinə qədər yüksələrək zəif geomaqnit qasırğası baş verib. 
Kosmik hava proqnozuna görə, proqnoz günlərində (11 sentyabr - 17 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir. 

Günəş küləyi sürətinin 12-13 sentyabrda TKA-nın və müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsinin də Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 12-13 sentyabrda aktiv səviyyələrə qalxacağı və zəif (G1) sinifli geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO