“Bakılift-2”nin keçmiş rəhbəri bəraət alaraq azadlığa buraxıldı

“Bakılift-2”nin keçmiş rəhbəri bəraət alaraq azadlığa buraxıldı

Hazırda oxunan: “Bakılift-2”nin keçmiş rəhbəri bəraət alaraq azadlığa buraxıldı

15113

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakılift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq sədri Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Bizim.Media xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

MÖVZU İLƏ BAĞLI:

“Baklift-2”nin sabiq rəhbəri 6 il azadlıqdan məhrum edildi


Hökmə əsasən, Ruslan Dilanova qarşı irəli sürülən ittihamlar məhkəmə istintaqı dövründə sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki,  R. Dilanov  Cinayət Məcəlləsinion 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunub. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO