
- A-
- A
- A+
Cəmiyyət
03:41 / 02.09.2016
1 dəq oxunma
Saxta həkim sənədi ilə istintaqdan yayınan MTN polkovniki -Təhsin Ağayev toylarda yallı gedir
Hazırda oxunan: Saxta həkim sənədi ilə istintaqdan yayınan MTN polkovniki -Təhsin Ağayev toylarda yallı gedir
149951
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Milli Təhlükəsizlik Nazirliyindəki mütəşəkkil cinayətkar dəstənin ifşasının bir ilinin tamam olmasına az vaxt qalır. Ötən aylar ərzində prokurorluq orqanlarında MTN-dəki cinayətkar dəstənin üzvlərinə qarşı açılan cinayət işinin istintaqı davam edir. Ancaq “dəstə başçısı”x9d Eldar Mahmudov və onun “baş torbatikəni”x9d olan Mövlan Şıxəliyevin azadlıqda qalması cəmiyyətdə birmənalı qarşılanmır.
Bu arada xa0ləğv olunmuş MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəis müavini Təhsin Ağayevin istintaqdan yayınması barədə məlumat daxil olub. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Leyla Şıxlıniskayanın klinikasında saxta epikriz yazdıran Təhsin Ağayev xəstəlik səbəblərinin əsas gətirərək, istintaqdan yayınır. Belə ki, 50-yə yaxın iş üzrə ifadə verməli olan Təhsin Ağayev istintaqın çağırışlarına epikrizlər göndərməklə məhəl qoymur. Həmin sənədlərdə guya onun ölüm ayağında olması barədə rəylər də yazılıb.
Araşdırmamız zamanı onu da öyrəndik ki, yaxınlarının toy məclislərinə qatılan və orada yallı gedən Təhsin Ağayevin səhhəti nədənsə həmin məclislərdə normal olur. Ümid edirik ki, prokurorluq orqanları fəaliyyəti dövründə saysız qanunsuzluqlara imza atan Təhsin Ağayevi və onun sifarişi ilə saxta cinayət işlərinin istintaqını aparan müstəntiq Elşən Murtuzov kimi hüquqa qəsd edən şəxsləri məsuliyyətə cəlb edəcək və məhkəmə onların layiqli cəzasını təyin edəcək.(Gununsesi.info)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün































































































