Sosial şəbəkələr hansı xəstəliklərə YOL AÇIR?

Sosial şəbəkələr hansı xəstəliklərə YOL AÇIR?

Hazırda oxunan: Sosial şəbəkələr hansı xəstəliklərə YOL AÇIR?

146064

İstənilən informasiya insanda hansısa assosasiya yaradır. Çünki, insan heç bir informasiyaya laqeyd qalmır. Ona görə də daha çox informasiya, daha çox yüklənmə deməkdir. Çox yüklənməninsə insan orqanizminə ancaq ziyanı var. 

Nəzərə alaq ki, qəbul edilən informasiyanın əsas hissəsi mənfi enerjili olur. Təbiət hadisələri, ölümlər, intiharlar, müharibələr, xəstəliklər və digər mənfi enerjili informasiyalar insanlarda depressiv hal yaradır. 

Digər xəbərlər, məsələn dəblə, səyahətlə, əmlakla bağlı xəbərlər də insanlarda ruh düşkünlüyü yaradır. Təşviq olunan dəbli geyimin, mənzilin və yaxud avtomobilin əlşatan olmaması adamları əzir. Bu cür informasiyalar bəzi adamları daxili üsyana sürükləyir. Özü-özünə üsyan edən insanlar ya intihar edir, ya da ailəsini və sevdiklərini atıb gedir. 

Bir sözlə sosial şəbəkə günümüzün əsl ölüm maşınıdır. Sosial şəbəkə insanları fiziki, çox zamansa mənəvi ölümə sürükləyir.

Sosial şəbəkənin digər ziyanı isə insanların səhv yönləndirilməsidir. Bu gün sosial şəbəkə üzərindən xəstəlik ”tapan” və onu da sosial şəbəbkə üzərindən “müalicə” edən insanlar da az deyil.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən həkim Rasif Bağırov bildirib ki, sosial şəbəkələr insanlar arasında xəstəliklərin deyil, həm də ölüm hallarının çoxalmasına səbəb olur:
“İndi insanların çoxunun əsəb sistemi pozulub.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni sosial şəbəkə "Threads" istifadəyə VERİLDİ


Belə adamlar da sosial şəbəkələrdən aldıqları çoxsaylı informasiyalara dözmürlər. Nəzərə alaq ki, yayılan informasiyaların çoxu mənfi enerji ilə yüklənmiş olur.

Məsələn, xəbər yayılır ki, iki gün sonra maqnit qasırğası olacaq. Filan xəstələr ehtiyatlı olsun. Bu informasiyanı alan andan həmin xəstə artıq həyacan keçirməyə başlayır. 

Bu həyəcan və qorxu maqnit qasırğasından daha çox o insanı  məhv edir. Sosial şəbəkə üzərində insan sağlamlığına xələl gətirə biləcək bütün informasiyalar qadağan olunmalıdır. Əgər həkim xəstəliyin ağırlığını xəstəyə demirsə, sosial şəbəkə üzərindən mənfi enerjili xəbərlərin insanlara çatdırılması nə dərəcədə doğrudur?!”

Rasif Bağırov bir vacib məqama da toxunub:

“İnsanlar bir çox hallarda sosial şəbəkədə hansısa xəstəliyin müalicəsinə dair kiminsə fikirlərini oxuyur. Sonra da həmin adamın dediklərini həkimlə məsləhətləşmədən öz üzərində tətbiq edir. Bu cür özünü müalicə üsulları isə çox zaman ağır nəticələrə gətirib çıxarır. Ona görə də sağlam həyat yaşamaq istəyən hər bir insan sosial şəbəkədən uzaq durmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO