Eyni  anda, eyni məkanda iki xalq artistinin yubileyi keçiriləcək

Eyni anda, eyni məkanda iki xalq artistinin yubileyi keçiriləcək

Hazırda oxunan: Eyni anda, eyni məkanda iki xalq artistinin yubileyi keçiriləcək

141723

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xalq artistləri, Gənc Tamaşaçılar Teatrının qocaman aktyorları Ağaxan Salmanlı və Yasin Qarayevin yubileyləri münasibətilə tədbir keçiriləcək.
Ağaxan Salmanlının 75, Yasin Qarayevin 70 yaşı tamam olması münasibətilə həyata keçiriləcək yubiley tədbiri Teatr Muzeyi və Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə baş tutacaq. 

Moderator.az xəbər verir ki, tədbirdə teatrın direktoru Mübariz Həmidov, Teatr Muzeyinin direktoru Sevinc Mikayılova ilə yanaşı, teatrın aktyorları yubilyarlar haqqında fikirlər səsləndirəcək, xalq artistlərinin rol aldıqları tamaşalardan fotoşəkillər, videoçarxlar nümayiş etdiriləcək.
Məlumat üçün bildirək ki, tədbir iyun ayının 24-də saat 15.00-da baş tutacaq.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO