Göyçayda qasırğanın törətdiyi fəsadlar - FOTO

Göyçayda qasırğanın törətdiyi fəsadlar - FOTO

Hazırda oxunan: Göyçayda qasırğanın törətdiyi fəsadlar - FOTO

139054

Ötən gün Göyçayda qasırğanın törətdiyi fəsadlar aradan qaldırılır. Qasırğa nəticəsində rayonun Natəvan küçəsində yerləşən çoxmənzilli yaşayış binasının yararsız vəziyyətə düşən dam örtüyü ərazidən daşınır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Göyçay Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Seymur Soltanov yayıb.

Onun sözlərinə görə, təhlükəsizlik tədbirləri məqsədilə həmin binanın elektrik və qaz təchizatı dayandırılıb:

"Hazırda binanın dam örtüyünün dəyişdirilməsi üçün işlər görülür.

Şəhərə içməli suyun və təbii qazın verilişi, eləcə də elektrik naqilləri bərpa edilib, aşan elektrik dirəklərinin bəziləri qaldırılıb. Bununla da, şəhərin bəzi hissələrinə elektrik enerjisinin verilişi təmin olunub.

Kəndlərin də elektrik enerjisi ilə təmin edilməsi üçün işlər aparılır.

Şəhərin müxtəlif küçələrinə aşan irigövdəli ağaclar kəsilərək ərazidən götürülüb. Hazırda küçələrdə, prospektlərdə olan ağac budaqları təmizlənir.

Hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən şəhərə və kəndlərdə olan əkin sahələrinə, meyvə bağlarına dəyən zərər araşdırılır".








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO