Cəbrayılın Horovlu kəndində kəhrizlər bərpa olunur - FOTO/VİDEO

Cəbrayılın Horovlu kəndində kəhrizlər bərpa olunur - FOTO/VİDEO

Hazırda oxunan: Cəbrayılın Horovlu kəndində kəhrizlər bərpa olunur - FOTO/VİDEO
138925
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində kəhrizlərin bərpası istiqamətində işlərə başlanılıb.

Bizim.Media xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə həyata keçirilən bərpa layihəsi çərçivəsində kənd ərazisində yerləşən 6 kəhrizin bərpası nəzərdə tutulub.

Layihə kəhrizlərin bərpası sahəsində təcrübəyə malik Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə birgə şəkildə icra edilir.

Qeyd edək ki, müxtəlif mənbələrə əsasən, işğaldan öncə Cəbrayılda 100-dən çox kəhriz mövcud olub. Əhali suya olan tələbatlarını məhz kəhrizlər vasitəsilə ödəyiblər. Lakin işğal dövründə mədəni irsimiz sayılan kəhrizlər Ermənistan tərəfindən dağıdılıb, çirklənməyə məruz qalıb.

Hazırda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi Cəbrayılda yerləşən kəhrizlərin saylarının müəyyənləşdirilməsi, onların qiymətləndirilməsi və bərpası istiqamətində araşdırma işlərini davam etdirir.
Xatırladaq ki, Cəbrayıl rayonunun Horovlu kəndinin təməli bu ilin may ayının 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Birinci mərhələdə bu kənddə 1395 nəfərin köçürülməsi üçün 334 fərdi evin tikintisi planlaşdırılıb.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO