Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Əfsanə Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhhətinin normal olduğu, həyati təhlükəsinin olmadığı dəqiqləşdirilib.
İlkin məlumata görə, Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib.
Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir.
Bizim.Media