Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müsabiqə başa çatdı - FOTO

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müsabiqə başa çatdı - FOTO

Hazırda oxunan: Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müsabiqə başa çatdı - FOTO
134938
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər babaya Qarabağdan məktub” adlı esse müsabiqəsi başa çatıb. 

Bizim.Media-nin yerli bürosu xəbər verir ki, müsabiqə Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Qarabağ Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilib.

Müsabiqənin yekun tədbiri Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində təşkil olunub.

Tədbirdə Qarabağ Regional Təhsil İdarəsini əhatə edən rayonların ümumtəhsil məktəblərinin ən yaxşı yazıların müəllifi olan 30-a yaxın şagirdi iştirak edib. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər bir Azərbaycan övladının güclü təhsilinə önəm verirdi.
Əsrlər keçsə belə Ulu Öndər qəlbimizdə Azərbaycan naminə gördüyü bütün xoş əməllərlə yaşayacaq. Tədbirin sonunda esse müsabiqəsinin qaliblərinə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub. 


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO