Şamaxıda leysan və dolu ciddi fəsadlar törətdi – FOTO  

Şamaxıda leysan və dolu ciddi fəsadlar törətdi – FOTO  

Hazırda oxunan: Şamaxıda leysan və dolu ciddi fəsadlar törətdi – FOTO  

133975

Ötən gecədən Şamaxıya yağan güclü leysan yağışları və dolu rayonun bəzi kəndlərində bir sıra fəsadlar torədib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yağan güclü yağış və dolu kənd sakinlərinə məxsus fərdi yaşayış evlərinə ciddi zərər vurub.

Ziyan ən çox rayonun Dağ Göylər, Dağ Bağırlı, Nüydü və Ovçulu kəndində qeydə alınıb. Güclü yağış və dolu 4 saata yaxın davam edib. Dolu Bağırlı kənd sakinlərinə məxsus bəzi fərdi yaşayış evlərinə ciddi ziyan vurub, evləri, tövlələri su basıb.

Həyətyanı sahələrin hasarları uçub. Sel təsərrüfatlara da xeyli ziyan vurub, bağlarda meyvə ağacları və əkin sahələri subasmaya məruz qalıb. Güclü yağış səbəbindən kəndlərin yolları yararsız hala düşüb. 

Bəzi sürücülərin avtomobilləri yolda qalıb. Kəndlərdə təhlükəsizliyi təmin etmək məqsədilə elektrik enerjisinin verilişi dayandırılıb. Şamaxının Dağ Göylər kənd sakini Toğrul Salahova məxsus yaşayış evinin tavanı çöküb, ev əşyalarla birlikdə suyun içində qalıb. Hazırda rayonda yaranmış fəsadların aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçirilir. 












Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO