Azərbaycanda “İkarus” avtobusları istehsal oluna bilər

Azərbaycanda “İkarus” avtobusları istehsal oluna bilər

Hazırda oxunan: Azərbaycanda “İkarus” avtobusları istehsal oluna bilər

132925

Sumqayıt Kimya Sənaye Parkının rezidenti ilə “Ikarus” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib. 

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti STP Şirkətlər Qrupu ilə Macarıstanın “İkarus” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. 

Anlaşma Memorandumunu STP-nin Baş direktoru Ruslan Ağabəyli və “İkarus” şirkətinin Baş direktoru Zoltan Tanko tərəfindən imzalanıb. 

Sənədə əsasən, şirkətlər bir neçə istiqamətdə əməkdaşlıq edəcəklər. Bu istiqamətlər arasında “İkarus” avtobuslarının Azərbaycanda istehsalı, illik 100 ədəd avtobusdan 500 ədəd avtobusa istehsal gücünün artırılması, yaxın gələcəkdə Qarabağ regionunda istehsalın lokallaşdırılması, servis mərkəzinin yaradılması və digər məsələlər nəzərdə tutulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO