“Təhsili acınacaqlı durumda olan ölkə üçün xaricdə təhsili dayandırmaq faciədir”x9d

“Təhsili acınacaqlı durumda olan ölkə üçün xaricdə təhsili dayandırmaq faciədir”x9d

Hazırda oxunan: “Təhsili acınacaqlı durumda olan ölkə üçün xaricdə təhsili dayandırmaq faciədir”x9d

132226
“Təhsili acınacaqlı durumda olan ölkə üçün xaricdə təhsili dayandırmaq xüsusilə faciədir”x9d.

Bunu Moderator.az-a açıqlamasında təhsil eksperti Nabatəli Qulamoğlu Azərbaycanda həyata keçirilən xaricdə təhsil proqramının dayandırılmasına münasibət bildirərkən deyib.  

Ekspert hesab edir ki, bu qərar büdcə vəsaitlərini sıxmaqla bağlıdır: “Bilirsiniz ki, Təhsil Nazirliyi, qanuna rəğmən, xaricdə təhsil almış şəxsləri imtahan edir və bununla xaricə axının qarşısını almaq istəyir. Deməli, hər iki tərəfdən maliyyə qazanır. Bir tərəfdən imtahan etməklə qorxudur, halbuki bu, əmək bazarının səlahiyyətinə aiddir, digər tərəfdən, xaricdə təhsil alan uşaq ölkmizdə qalırsa, bu da dövlət üçün əlavə puldur. Yəni tələbə xaricdə xərclədiyi pulu ölkədə israf edir. Xaricə göndərilən tələbələri Prezident Aparatı yanında təhsil qurumu seçirdi. İndi, bildiyimə görə, gedənlər yeni yaradılmış qurumda imtahan verəcəklər”x9d. 

N.Qulamoğlu xaricdə təhsil proqramının dayandırılmasının uzun sürməyəcəyini də vurğulayıb: “Güman ki, xaricdə təhsilin dayandırılması çox çəkməyəcək.Yəni Dövlət İmtahan Mərkəzində kim imtahandan keçsə, onu xaricdə oxumağa göndərəcəklər”x9d.
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov Rusiyada təhsil alan azərbaycanlı gənclərlə görüşdə xaricdə təhsil proqramına münasibət bildirərkən bildirib ki, bu il proqramın həyata keçirilməsi dayandırılır və artıq proqramın yeni formatı hazırlanır. Yeni proqrama uyğun olaraq xaricə, əsasən PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək və eyni zamanda, dünyanın aparıcı ali təhsil müəssisələrindən professor-müəllim heyəti cəlb olunacaq.
Rumiyyə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO