Bakıda hərbi sursat, Naxçıvanda top mərmisi TAPILDI - VİDEO

Bakıda hərbi sursat, Naxçıvanda top mərmisi TAPILDI - VİDEO

Hazırda oxunan: Bakıda hərbi sursat, Naxçıvanda top mərmisi TAPILDI - VİDEO
131373
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQ-42 əl qumbarası və partladıcısı, 1 ədəd PQ-7 70mm-lik qumbaratan mərmisinin partladıcısı, 10 ədəd 12mm-lik tüfəng mərmisi, 15 ədəd 9x18mm-lik, 12 ədəd 9x19mm-lik kiçik çaplı silah mərmisi və 10 ədəd 5,45mm-lik avtomat mərmisi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Bundan əlavə, “112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Naxçıvan şəhərində aşkar edilmiş 1 ədəd 85mm-lik kameralı zirehdələn top mərmisi Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri tərəfindən müvafiq qaydada ərazidən götürülərək kənarlaşdırılıb.
 


Bakıda hərbi sursat, Naxçıvanda top mərmisi TAPILDI - VİDEO - foto 1
Bakıda hərbi sursat, Naxçıvanda top mərmisi TAPILDI - VİDEO - foto 2
Bakıda hərbi sursat, Naxçıvanda top mərmisi TAPILDI - VİDEO - foto 3
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO