Daha bir yeniyetmə 3 saylı uşaq evi haqda şok faktları açıqladı - VİDEO 

Daha bir yeniyetmə 3 saylı uşaq evi haqda şok faktları açıqladı - VİDEO 

Hazırda oxunan: Daha bir yeniyetmə 3 saylı uşaq evi haqda şok faktları açıqladı - VİDEO 
129320
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhəri Xətai rayonu, 3 saylı uşaq evində qalan Cəmil adlı yeniyetmə oradakı şəraitdən şikayət edib. 

Bizim.Media xəbər verir ki, yeniyetmə bu barədə MTV-də yayımlanan Tarix Əliyevin aparıcısı olduğu "Ümid ilə gəl” sosial verilişində məumat verib. 

Cəmil bildirib ki, uşaq evində həqiqətən də yeməklər bərbad vəziyyətdədir.  

Onun sözlərinə görə, o, bu barədə iradını dəfələrlə 3 saylı uşaq evinin rəhbəri Məhbubə Hüseynovaya bildirsə də, o, bununla bağlı heç bir tədbir görməyib: 

"Mən özüm də orada qalıram. Ətləri, yeməkləri pis gündədir. Eyni yeməklər hazırlanır. Mən uşaq evində yemək yemirəm. Özüm bununla bağlı dəfələrlə şikayət etmişəm. Üstümə qışqırıb. Deyib ki, biz də bu yeməkdən yeyirik".  

O, Məhbubə xanıma dəfələrlə yaxınlaşıb ev üçün müraciət etdiyini və rəhbərin buna heç bir məhəl qoymadığını, evləri atası-anası olan şəxslərə verdiyini bildirib: 

"Sevda adlı qız var, anası var. Ona ev verilib. Məhbubə xanımın icazəsindən asılıdır kimə ev veriləcəyi. Mən heç kimdən qorxmuram. Bu vaxta qədər sözümə demişəm, bu gündən sonra da deyəcəyəm. Mən haqqımı tələb edirəm”. 

Yeniyetmənin şikayəti videosüjetdə: 
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO