Aprel ayının 5-də saat 22:10-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində ümumi çəkisi 11 kiloqram 300 qram narkotik vasitənin və 1000 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Məlumata görə, aprel ayının 6-da saat 01:08-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Nepal Federativ Demokratik Respublikası və 2 (iki) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıb.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:53 / 06.04.2023
Azərbaycan-İran sərhədində əməliyyat KEÇİRİLDİ - FOTO
Hazırda oxunan: Azərbaycan-İran sərhədində əməliyyat KEÇİRİLDİ - FOTO
Hazırda oxunan: Azərbaycan-İran sərhədində əməliyyat KEÇİRİLDİ - FOTO
129206
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.