Antalyada Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının zirvə toplantısı keçiriləcək

Antalyada Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının zirvə toplantısı keçiriləcək

Hazırda oxunan: Antalyada Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının zirvə toplantısı keçiriləcək

127354
Antalyada Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının zirvə toplantısı keçiriləcək.

Moderator.az xəbər verir ki, BAXCP katibi Elçin Mirzəbəyli və BAXCP sədrinin köməkçisi Aydın Məmmədov tədbirdə iştirak edəcəklər.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli və BAXCP sədrinin köməkçisi Aydın Məmmədov Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının zirvə toplantısında iştirak etmək üçün dünən Türkiyəyə yola düşüblər. Mühafizəkarlar və İslahatçılar Alyansının zirvə toplantısının martın 18-19-da Antaliyada baş tutacağı gözlənilir. 2 gün davam edəcək zirvə toplantısı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun himayəsi altında keçiriləcək. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının da üzv olduğu Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının zirvə toplantısında regiondakı vəziyyət və təhlükəsizliklə bağlı problemlər, əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunacaq. Qeyd edək ki, BAXCP ötən ildən etibarən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının tamhüquqlu üzvüdür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO