Dərs vəsaitinin təqdimatı keçirilib- FOTO

Dərs vəsaitinin təqdimatı keçirilib- FOTO

Hazırda oxunan: Dərs vəsaitinin təqdimatı keçirilib- FOTO

126423

“İdrak”x9d liseyində liseyin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışovun yenicə çapdan çıxmış “Tədris prosesində elektron lövhə və elektron laborator proqramlarından istifadə”x9d adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə tanınmış elm xadimləri, təhsil ekspertləri, məktəb direktorları və ümumtəhsil məktəblərinin müəllimləri iştirak etmişlər.

Tədbirdə çıxış edən fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov kitabın üstün məziyyətlərindən bəhs edərək, bu vəsaiti interaktiv lövhə ilə işləyən müəllimlər üçün yazılan və yazılacaq vəsaitlərin “pioneri”x9d adlandırmışdır. Professor qeyd etmişdir ki, sürətli informasiya əsrində yaşadığımızdan yeni nəslin ötyrənmə imkanları günü-gündən genişlənir və bu sahədə bələdçilik məktəbin, müəllimin öhdəsinə düşür.

Təhsil Nazirliyinin məsul işçisi Əsgər Quliyev, təhsil eksperti Nadir İsrafilov, 126 nömrəli tam orta məktəbin direktoru Şəmsi Qocayev, kitabın redaktoru, 83 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov professor M.Alışovun bu sahədə fəaliyyətini yüksək qiymətləndirərək vəsaitin məktəb və müəllimlər üçün əhəmiyyətini qeyd etmişlər.

   Sonda liseyin müəllimləri ümumtəhsil məktəblərinin fizika, kimya, biologiya, riyaziyyat fənləri üzrə laboratoriya mövzularını virtual şəkildə, inbteraktiv lövhədə nümayiş etdirmiş, dərs prosesində lövhədən istifadənin geniş imkanlarından danışmışlar.

Dərs vəsaitinin təqdimatı keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11992.jpg">Dərs vəsaitinin təqdimatı keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11993.jpg">Dərs vəsaitinin təqdimatı keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11994.jpg">Dərs vəsaitinin təqdimatı keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11996.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO