Xəzərdən daha bir meyit tapıldı...

Xəzərdən daha bir meyit tapıldı...

Hazırda oxunan: Xəzərdən daha bir meyit tapıldı...

122720
Ötən gün günorta saatlarında Xəzər dənizinin Neftçala rayonuna yaxın hissəsində balıqçılar dənizdə cəsəd görüblər. Onlar bu barədə dərhal Neftçala rayonunun hüquq-mühafizə orqanlarına xəbər veriblər.

Nəticədə cəsəd Dövlət Sərhəd Xidmətinin yaxınlıqda üzən gəmisi tərəfindən göyərtəyə götürülüb və Neftçala şəhərinə gətirilib.

Naməlum kişi meyitinin əynində yalnız mayka olduğundan üzərində şəxsiyyətini müəyyən edəcək sənədi tapılmayıb. Hazırda meyitin kimə məxsus olmasını müəyyənləşdirmək üçün tibbi ekspertizanın keçiriləcəyi gözlənilir.
İlkin ehtimallara görə, cəsəd “Günəşli”x9d neft yatağında baş vermiş qəza zamanı itkin düşmüş neftçilərdən birinin ola bilər.

Xatırladaq ki, indiyədək itkin düşən neftçilərdən yalnız 8-nin meyiti tapılb, 22 nəfər isə hələ də axtarılır. (virtualaz.org)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO