Yayda meşə yanğınından zərər görən Siyəzən rayonunun həm aran, həm də dağlıq ərazilərində güclü qar müşahidə edilib. Rayonun dağlıq ərazilərinə gediş-gəliş çətinləşib.
Siyəzən icra hakimiyyətindən Bizim.Media-ya məlumat verib ki, rayonun Məşrif, Ərzigüş və Dağ Quşçu nümayəndəliklərinə gediş-gəliş çox çətinləşib. Bu istiqamətdə yalnız "Niva" markalı avtomaşınlar hərəkət edə bilir. Yolların qardan təmizlənməsi üçün tədbirlər görülür.
Həmçinin Şabran rayonunun Zeyvə, Pirəbədil, Qorğan, Dağ bilici, Düz bilici, Zöhrəmli kəndləri indi qalın qış yorğanına bürünüb. Pirəbədil kənd məktəbinin müəllimi Dilarə Məmmədova Bizim.Media-ya açıqlamasında bildirib ki, kəndə və ətraf yaşayış məntəqələrinə 35 sm-dən çox qar yağıb.
Bu,son illərin ən güclü qarı hesab edilir, adətən belə güclü qar və üstəlik şaxta son illər müşahidə olunmamışdı.
Kənd yollarında qarın yağması çətinlik yaradıb. Nəqliyyat vasitələrinin hərəkətində problem yaşanıb. Yolların qardan təmizlənməsi üçün tədbirlər görülür.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:13 / 11.01.2023
Şimal bölgəsində nəqliyyatın hərəkəti çətinləşdi - FOTO
Hazırda oxunan: Şimal bölgəsində nəqliyyatın hərəkəti çətinləşdi - FOTO
Hazırda oxunan: Şimal bölgəsində nəqliyyatın hərəkəti çətinləşdi - FOTO
114183
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.