Xırdalanda Ailə Sağlamlıq Mərkəzinin işığı niyə kəsilib? – Rəsmi AÇIQLAMA

Xırdalanda Ailə Sağlamlıq Mərkəzinin işığı niyə kəsilib? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Xırdalanda Ailə Sağlamlıq Mərkəzinin işığı niyə kəsilib? – Rəsmi AÇIQLAMA
114166
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Havanın qarlı-şaxtalı günlərində Xırdalan Şəhər Ailə Sağlamlıq Mərkəzində elektrik enerjisinin verilməsində davamlı fasilələr yaranıb. 

Bizim.Media-ya daxil olan məlumata görə, TƏBİB-in tabeçiliyində olan bu müəssisə əhaliyə xidmət göstərmək üçün tam fəaliyyət göstərə bilmir.

Məsələni aydınlaşdırmaq üçün TƏBİB-lə əlaqə saxladıq. Qurumun sözçüsü Zamirə Ədilova Bizim.Media-ya bildirdi ki, Ailə Sağlamlıq Mərkəzinə elektrik enerjisinin verilməsində fasilənin yaranması həqiqətdir:

“Bu da əvvəlki illərdən həmin tibb müəssisəsinin “Azərişığ”a yığılıb qalmış borcu ilə əlaqədar olub. Bildiririk ki, Xırdalan şəhər Mərkəzi Xəstəxanası 4 il əvvəl TƏBİB-in tabeçiliyinə verilib.

Borc isə daha əvvəlki illərdən yığılıb qalıb. TƏBİB-in “Azərişıq”la apardığı danışıqlardan sonra Mərkəzə elektrik enerjisinin verilişi bərpa olunub”. 

“Azərişiq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu da Bizim.Media-ya Xırdalan Şəhər Ailə Sağlamlıq Mərkəzinə elektrik enerjisinin verilişinin bərpa olunduğunu təsdiqlədi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO