İsmayıllının İstisu kəndində HƏKİM PROBLEMİ - TƏBİB tibb məntəqələri haqqında nə düşünür?

Hazırda oxunan: İsmayıllının İstisu kəndində HƏKİM PROBLEMİ - TƏBİB tibb məntəqələri haqqında nə düşünür?

111653

İsmayıllının İstisu kəndində tibb məntəqəsinin adı var, özü can hayındadır. Sakinlərin dili ilə desək, bura diri gələn, ölü çıxar!

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, İsmayıllının İstisu kəndindəki bu tibbi məntəqəsi uzun-uzun illərdir ki, bərbad vəziyyətdədir.

Tibb məntəqəsinin yerləşdiyi köhnə, uçub-dağıalan balaca bir binanın kənardan müşahidə etmək yetər. Burada pəncərə çərçivəsində şüşə əvəzinə taxta vurulması məsələnin nə qədər acınacaqlı olduğuna əyanı misal deyilmi? Ərazini isə tamamilə kol-kos basıb.

İnsan bir qədər özündə təpər tapıb məntəqənin daxilinə göz gəzdirsə bayırda grdüklərinə şükür edəcək.

Belə ki, döşəmə və tavan da yararsız vəziyyətdədir. Divarlarında iri çatlar əmələ gəlib, məntəqə hər an çökə bilər. Xəstə adam bura daxil olsa, psixoloji problemlə oranı tərk edər.

Mövcud problem səbəbindən İstisu kəndinin sakinləri tibbi xidmətlərdən yararlanmaq üçün uzun məsafə qət edib rayon mərkəzinə getmək məcburiyyətində qalırlar. Sakinlər əsasən də ahıl və xəstələr üçün bu olduqca çətindir. Sakinlərin sözlərinə görə payız və qış aylarında rayon mərkəzinə gedib-gəlmək onlar üçün ikiqat xərc olur və xəstəlikləri bir qədər də şiddətlənir. 

İstisu kəndində tibb məntəqəsinin bərbad vəziyyətdə olmasından əlbəttə ki, İsmayıllı rayon mərkəzi xəstəxanasında xəbərdardırlar. Mərkəzdən bildirirlər ki, həmin məntəqədə çalışacaq ixtisaslı və peşəkar kadr yoxdur. Mərkəzi xəstəxanada hesab edirlər ki, bu məntəqənin yenidən qurulması və tam gücü ilə fəaliyyət göstərməsi üçün ilk növbədə kadr problemini aradan qaldırmaq lazımdır.

Yalnız bundan sonra yenidənqurma istiqamətdə müvafiq addımlar atıla bilər.

Sakinlər isə qarşıdan gələn soyuq qış aylarında bu ucqar kənddən şəhər mərkəzinə iynə vurdurmağa yaxud digər xəstəliklərini müalicə etməyə getmək məcbudiyyətində qalacaqlar. O vaxta qədər ki, hansısa “komsomolçu həkim” bu kəndə işləməyə gələcək.
Qayıdırıq yazının başlığına qoyduğumuz suala: TƏBİB kənd tibb məntəqələri haqqında nə düşünür? Çünki biz rayon yerlərindəki kənd tibb məntəqələri haqqında bir neçə dəfə yazmışıq. Demək olar ki, hamısında eyni vəziyyətdir. Dərindən baxanda görünür ki, TƏBİB kənd tibb məntəqələrini işlətmək fikirində deyil. Bizim.Media olaraq, sualımıza cavab tapmaq üçün TƏBİB-lə və ekspertlərələ bu mövzuya qayıdacağıq.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO