Gəncədə oğlana qız verilmədiyi üçün intihara cəhd edilib -  FOTO

Gəncədə oğlana qız verilmədiyi üçün intihara cəhd edilib - FOTO

Hazırda oxunan: Gəncədə oğlana qız verilmədiyi üçün intihara cəhd edilib - FOTO

111548
Ailə qurmaq istədiyi qızın valideynləri əraziyə gətirilib.

Gəncə şəhər sakini ikinci dəfə intihara cəhd edib.

Moderator.az Salamnews-a, şəhər sakini, 1991-ci il təvəllüdlü Etibar Musayev şəhərin Heydər Əliyev prospektində yerləşən binaların birinin üzərinə çıxaraq özünü atmaq istəyib.

Əraziyə Gəncə şəhər Baş Polis İdarəsinin və FHN-in əməkdaşları cəlb edilib. E.Musayev ailə qurmaq istədiyi qızın ona verilmədiyi üçün bu yola əl atdığını bildirib. Onunla söhbət aparılıb. Ailə qurmaq istədiyi qızın valideynləri əraziyə gətirilib və bir ildən sonra qızı ona verəcəkləri ilə bağlı razılıq olub. Bundan sonra E. Musayevi yerə düşürtmək mümkün olub.

Qeyd edək ki, E.Musayev dünən sözü gedən narazılıq səbəbindən intihar məqsədi ilə gəmiricilərə qarşı istifadə olunan zəhər içərək Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO