Çindən gətirilən yeni lokomotivlərin əsas üstünlükləri AÇIQLANDI

Çindən gətirilən yeni lokomotivlərin əsas üstünlükləri AÇIQLANDI

Hazırda oxunan: Çindən gətirilən yeni lokomotivlərin əsas üstünlükləri AÇIQLANDI

637341

“Çindən gətirilən lokomotivlərin əsas üstünlüklərindən biri təhlükəsizlik sistemləridir”. 

Bizim.Media xəbər verir ki, bunu yeni lokomotivlərin ilk maşinisti Yusif Temnikov jurnalistlərə açıqlamasında bildirib. 

O qeyd edib ki, qatarların mənzil başına təhlükəsiz və maneəsiz çatdırılması baxımından bu, çox böyük üstünlükdür:
 

"Köhnə lokomotivlərlə müqayisədə əsas fərq innovativ və elektron idarəetmə sistemlərinin tətbiq olunmasıdır. Demək olar ki, bütün proseslər elektron sistemlərlə idarə olunur. Bu da qatarın daha təhlükəsiz şəkildə mənzil başına çatdırılmasına imkan verir.


Yükdaşıma baxımından da ciddi fərq var. Əvvəllər köhnə lokomotivlə təxminən 3 min ton yük daşıyırdımsa, yeni lokomotivlərlə 5-6 min tona qədər yük daşımaq mümkündür. Bu isə həm yükdaşımaların həcminin artırılması, həm də iqtisadi baxımdan qənaət deməkdir".

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO