Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Hazırda oxunan: Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO

637269

Azərbaycan və Estoniya Respublikasının Xarici İşlər nazirlikləri (XİN) arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Estoniya nümayəndə heyətinə isə XİN-in Konsulluq departamentinin baş direktoru Marqus Sarqlepp rəhbərlik edib.

Müzakirələrdə həmçinin Azərbaycan tərəfdən Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri iştirak edib.
 

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycanla Estoniya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları nəzərdən keçirilib.


Hər iki ölkə vətəndaşlarına konsulluq dəstəyi istiqamətində sıx əməkdaşlığın əhəmiyyəti vurğulanıb, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində mövcud təcrübə və qabaqcıl mexanizmlər üzrə fikir mübadiləsi aparılıb.

Habelə, iki ölkə arasında miqrasiya, ədliyyə, daxili işlər, təhsil, sosial və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd olunub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO