Dərbənddəki Musiqili-Dram Teatrına Müslüm Maqomayevin ADI VERİLDİ

Dərbənddəki Musiqili-Dram Teatrına Müslüm Maqomayevin ADI VERİLDİ

Hazırda oxunan: Dərbənddəki Musiqili-Dram Teatrına Müslüm Maqomayevin ADI VERİLDİ

637316

Dərbənddəki Azərbaycan Dövlət Musiqili-Dram Teatrına Azərbaycanın və SSRİ-nin xalq artisti, əfsanəvi müğənni Müslüm Maqomayevin adı verilib.

Bizim.Media “Şimal xəbərləri”nə istinadla xəbər verir ki, Dağıstan Respublikasının başçısı vəzifəsini icra edən Fyodor Şukin fərman imzalayıb.

Fyodor Şukin bildirib ki, yenilənmiş teatr binası bu ilin martında Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə təntənəli şəkildə açılıb.

Onun sözlərinə görə, genişmiqyaslı yenidənqurma işlərindən sonra qədim Dərbənd şəhərinin mərkəzində teatr kollektivi üçün müasir və rahat bina yaradılıb. Teatrda yeni tamaşa zalı və qrim otaqları istifadəyə verilib, müasir işıqlandırma və səs avadanlıqları quraşdırılıb.

Hazırda teatr kollektivi tamaşalarını yenilənmiş binada nümayiş etdirir.
 

Şukinin sözlərinə görə, müğənni, aktyor, şair və bəstəkar Müslüm Maqomayev çoxşaxəli istedadı ilə dünya mədəniyyətində silinməz iz qoyub. Onun bənzərsiz səsi və ifa etdiyi mahnılar bu gün də böyük populyarlıqla dinlənilir.


Dağıstan Respublikasının başçısı vəzifəsini icra edən Fyodor Şukin teatr kollektivini əlamətdar hadisə münasibətilə təbrik edib və Müslüm Maqomayevin xatirəsinin burada daim ehtiramla qorunacağına əminliyini ifadə edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO