Türkiyədə məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.
Bizim.Media xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən keçirilən əməliyyat zamanı aktyor Aras Bulut İynemli, reper Sefo və keçmiş futbolçu Hasan Şaş da daxil olmaqla 18 nəfər haqqında həbs qərarı verilib. Onlardan 15-i tanınmış şəxslərdir.
Prokurorluq ictimaiyyət tərəfindən aktyor, müğənni, iş adamı, sahibkar və sosial media təsirçiləri kimi tanınan şübhəlilərin narkotik və stimullaşdırıcı maddələrdən istifadə etdikləri, narkotik istifadəsinə kömək etdikləri və ya narkotik istifadəsi üçün yerlər təmin etdikləri barədə ağlabatan şübhəni dəstəkləyən dəlillər əldə etdiyini açıqlayıb.
Saxlanılan şübhəlilərin evlərində axtarış aparılacaq, daha sonra onların ifadələri alınacaq, qan və saç nümunələri götürüləcək.
Saxlanılan məşhurların adları aşağıdakılardır:
Aktyor Aras Bulut İynemli
Repper Sefo (Seyfullah Sağır)
Aktrisa Melis Sezen
Aktrisa Nilperi Şahinkaya
Müğənni Hande Demir
Keçmiş futbolçu Həsən Şaş
Sosial media fenomeni Melis İşiten
Müğənni Anıl Durmuş
Aktrisa Hazal Filiz Küçükköse
Eda Güzelkic
Sezer Çakır
Yeliz Yeşilçimen
Volkan Akçıray
Zeynep Akçıray
Sayat Zurnacı




Melisa, Bizim.Media































































































