Xocavənddə yeni tarixi abidə aşkar edildi

Xocavənddə yeni tarixi abidə aşkar edildi

Hazırda oxunan: Xocavənddə yeni tarixi abidə aşkar edildi
637277
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində tarixi və memarlıq əhəmiyyəti daşıya biləcək tikili aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, tikili işğaldan azad edilmiş ərazilərdə aparılan inventarlaşdırma zamanı qeydə alınıb.
 

Obyektin tarixi və memarlıq əhəmiyyəti araşdırıldıqdan sonra onun daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında müvafiq Ekspert Şurasının iclasında baxılacaq.


Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan inventarlaşdırma zamanı əvvəllər uçota alınmamış 256 tarixi, memarlıq və arxeoloji əhəmiyyətli abidə sənədləşdirilib.

Onlardan 44-ü 2025-ci ildə dövlət qeydiyyatına alınıb. Qalan 212 abidənin dövlət qeydiyyatına alınması istiqamətində işlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO