İspaniyada güclü LEYSAN: Daşqın və ölümə səbəb oldu - VİDEO

İspaniyada güclü LEYSAN: Daşqın və ölümə səbəb oldu - VİDEO

Hazırda oxunan: İspaniyada güclü LEYSAN: Daşqın və ölümə səbəb oldu - VİDEO

637276

İspaniyanın Kataloniya bölgəsində güclü yağışlar nəticəsində bir nəfər həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə Kataloniya hökumətinin rəhbəri Salvador İlya “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Onun sözlərinə görə, ölən şəxsin meyiti Barselona vilayətinin Qarraf rayonunda aşkarlanıb. İspaniya mediası qeyd edir ki, meyit güclü su axınının apardığı avtomobildən təxminən 500 metr məsafədə tapılıb.
 

Güclü yağışlar Kataloniya və Valensiya muxtar icmasında çoxsaylı hadisələrə və daşqınlara səbəb olub. Daşqınlarla ilə əlaqədar Valensiya metrosunun fəaliyyəti dayandırılıb, şəhər hava limanı isə bir neçə saat ərzində bağlanıb. Hava limanı yenidən fəaliyyətə başlamazdan əvvəl 12 reys başqa istiqamətlərə yönləndirilib.


Bundan əvvəl Kataloniya hakimiyyəti güclü yağışlarla əlaqədar Barselones və Maresme rayonlarının sakinlərinin mobil telefonlarına təcili xəbərdarlıqlar göndərib. Sakinlərdən mülki müdafiə xidmətinin göstərişlərinə əməl etmək, çaylara, dərələrə və yarğanlara yaxınlaşmamaq, avtomobilləri su basma ehtimalı olan ərazilərdə saxlamamaq və son dərəcə ehtiyatlı olmaq tələb edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO