Aqrar sektorda tətbiq olunacaq məhsul şəhadətnaməsi nədir?

Aqrar sektorda tətbiq olunacaq məhsul şəhadətnaməsi nədir?

Hazırda oxunan: Aqrar sektorda tətbiq olunacaq məhsul şəhadətnaməsi nədir?
637339
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda aqrar sektorda yeni maliyyə aləti kimi məhsul şəhadətnaməsinin tətbiqi üçün hüquqi baza formalaşdırılır.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Mülki Məcəllədə və “İcra haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
 

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinə əsasən, məhsul şəhadətnaməsi kənd təsərrüfatı məhsulunun istehsalı və ya ilkin emalı məqsədilə elektron qaydada buraxılan təminatlı qiymətli kağız olacaq.


Sənəddə məhsul şəhadətnaməsinin hüquqi statusunun Azərbaycan Respublikasının Mülki Məcəlləsində tənzimlənməsi və bu alətlə bağlı ayrıca normativ əsasların yaradılması nəzərdə tutulur.

Bundan əlavə, məhsul şəhadətnaməsi üzrə öhdəliklərin icra edilməməsi halında tutma prosedurunun operativ həyata keçirilməsi üçün “İcra haqqında” Qanuna dəyişikliklər təklif olunur.

Dəyişikliyə əsasən, məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd müstəqil icra sənədi kimi tanınacaq və dərhal icraya yönəldiləcək.

Qeyd olunur ki, yeni mexanizm müqavilə mübahisələri ilə müqayisədə daha çevik və az xərcli tutma prosedurunun tətbiqinə imkan verəcək.

Qanun layihəsinin əsas məqsədi məhsul şəhadətnaməsinin tətbiqi üzrə vahid hüquqi bazanın formalaşdırılmasıdır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO