Film kimi SOYĞUN - TIR-a belə hücum etdilər - ANBAAN VİDEO

Film kimi SOYĞUN - TIR-a belə hücum etdilər - ANBAAN VİDEO

Hazırda oxunan: Film kimi SOYĞUN - TIR-a belə hücum etdilər - ANBAAN VİDEO

637322

İtaliyada Türkiyədən gələn logistika şirkətinə məxsus, təxminən 6 milyon avro dəyərində kakao daşıyan yük maşını silahlı şəxslərin hücumuna məruz qalıb.

Bizim.Media “Milliyet” nəşrinə istinadən xəbər verir ki, hadisə Bari yaxınlığındakı A-14 magistral yolunda baş verib.
 

Hücumu törədən şəxslər avtomobillə yük maşınının qarşısını kəsib, tıxacdan istifadə edərək rabitəni kəsib və sürücünü zorla maşından çıxarıblar. Soyğunçlar qoşqunun kilidini aça bilmədikləri üçün yükü götürmədən ərazidən uzaqlaşıblar.


Sürücü üzərində telefon və pul olmadığı üçün bir müddət sonra həyat yoldaşı ilə əlaqə saxlaya bilib. Qadın isə hadisə barədə şirkət rəhbərliyinə məlumat verib.

Yük maşını daha sonra İtaliya hüquq-mühafizə orqanları tərəfindən tapılıb. Hadisə ilə bağlı araşdırma davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO