
- A-
- A
- A+
Cəmiyyət
22:24 / 17.09.2026
1 dəq oxunma
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Hazırda oxunan: Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
637286
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub.
Bizim.Media Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb.
Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-da 12:40-da hündürlükdən yıxılma səbəbi ilə 1935-ci il təvəllüdlü şəxs xəstəxananın təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub.
Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı sınıqları və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Aparılan zəruri tədbirlərə baxmayaraq saat 14:00-da bioloji ölüm faktı qeydə alınıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






























































































